Ana Sayfa > Karusel / Təhsil > Kollec direktoru səs yazısına görə cəzalandırıldı

Kollec direktoru səs yazısına görə cəzalandırıldı


19-02-2021, 15:20. Yazar: sevinc1
Kollec direktoru səs yazısına görə cəzalandırıldı


Yayılan səs yazısı ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralova ilə bağlı inzibati tənbeh tədbiri görülüb.

aia.az-ın məlumatına görə, bu barədə universitetin yaydığı məlumatda qeyd edilir.

Məlumatda bildirilir ki, səs yazısı ilə bağlı məsələ universitet rəhbərliyi tərəfindən araşdırılıb və kollec direktorundan izahat alınıb:

"Müəyyən olunub ki, qeyd olunan səs yazısı kollecin məsafədən təşkil olunan imtahanlarından biri zamanı yazılıb və burada kontekstdən çıxarılıb. Bununla belə, kollec direktoru onlayn imtahan zamanı işlətdiyi ifadəyə görə tələbələrdən üzr istəyib. Kollec direktoru ilə bağlı inzibati tənbeh tədbiri görülüb".

aia.az
Geri dön