Ana Sayfa > Yazar1 > Qarğa balasının inadı

Qarğa balasının inadı


19-02-2021, 10:55. Yazar: sevinc1
Qarğa balasının inadı


Şəcahan Gün


Qarğa sübh tezdən balasının səsinə oyandı. Təzəcə qanad açmış qarğa balasının səsi hər yanı bürümüşdü.

Qarğa balasından səhərin gözü açılmamış nalə çəkməsinin səbəbini soruşdu.

-Mən də qartal balası kimi səmaları fəth etmək istəyirəm. İstəyirəm ki, bizim də əlçatmayan zirvələrdə yuvamız olsun. İstəyirəm ki, sən də mənə ov əti yedizdirəsən. Nə vaxta kimi səhər açılmamış gedib zibillikdə eşələnib leş axtaracağıq. Bezdim belə yaşamaqdan.

Qarğa balasının başını sığallayıb dedi:

-Əziz balam, bir şeyi anla ki, qartal qartal kimi, qarğa da qarğa kimi doğulur. Onun nəsli-kökü qartaldır, bizmki də qarğa. Görürsən qartallar həmişə tək uçur. Biz isə dəstə halında uçuruq. Çünki qartal öz gücünə bələddir. Biz nə qədər çalışsaq da qartal ola bilmərik, bizim damarlarımızda qarğa qanı axır. Biz qartala bənzəmək istəsək, qarğalığımızı da itirərik. Dur, dur gedək, görək zibillikdən nə tapırıq.

Qarğa balası inadının əsassız olduğunu başa düşdü və zibilliyə tərəf gedən qarğa dəstəsinə qoşuldu.



Geri dön