Ana Sayfa > Siyasət > Floridanın Hollondeyl Biç şəhər meri Xocalı soyqırımı ilə bağlı bəyannamə imzalayıb

Floridanın Hollondeyl Biç şəhər meri Xocalı soyqırımı ilə bağlı bəyannamə imzalayıb


19-02-2021, 10:40. Yazar: sevinc1
Floridanın Hollondeyl Biç şəhər meri Xocalı soyqırımı ilə bağlı bəyannamə imzalayıb


ABŞ-ın Florida ştatının Holondeyl Biç şəhər meri Coy F. Kuper Xocalı soyqırımı ilə bağlı bəyannamə imzalayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bəyannaməyə əsasən Xocalı soyqırımının 29-cu ilində soyqırım qurbanlarının xatirəsi yad ediləcək.

Belə bir bəyannamənin qəbul edilməsi Florida Azərbaycan İcmasının, xüsusilə
Florida Azərbaycan Amerika Mədəniyyət Assosiasiyasının mühüm səyləri nəticəsində mümkün olub.

Bu il Amerika Birləşmiş Ştatlarında Xocalı soyqırımını tanıyan ştatların sayının daha da artması Azərbaycan diasporunun uğuru sayılır.

aia.az
Geri dön