Ana Sayfa > Media > Azərbaycanda 155 nəfər COVID-19-dan sağalıb, 145 nəfər yoluxub, 3 nəfər vəfat edib
Azərbaycanda 155 nəfər COVID-19-dan sağalıb, 145 nəfər yoluxub, 3 nəfər vəfat edib18-02-2021, 16:52. Yazar: sevinc1 |
![]() Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 145 yeni yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 232 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 271 nəfər müalicə olunaraq sağalıb, 3 190 nəfər vəfat edib, aktiv xəstə sayı 2 175 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 216, ötən müddət ərzində isə ümumilikdə 2 528 610 test aparılıb. aia.az Geri dön |