Ana Sayfa > İqtisadiyyat > Azərbaycan neftinin qiyməti yenidən 64 dolları keçib
Azərbaycan neftinin qiyməti yenidən 64 dolları keçib18-02-2021, 12:58. Yazar: sevinc1 |
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,55 ABŞ dolları və ya 0,86% artaraq 64,23 dollar təşkil edib. Xatırladaq ki, Ötən həftə ərzində (8-12 fevral) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 62,02 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 3,11 dollar və 5,3% çoxdur. Ötən həftə ərzində ən yüksək göstərici (I gün) - 62,77 dollar təşkil edib, ən minimal göstərici (V gün) isə 61,11 dollar səviyyəsində olub. AİA.Az Geri dön |