Ana Sayfa > Media > Ali Məhkəmə "Lider" Tv-nin şikayətini təmin etmədi
Ali Məhkəmə "Lider" Tv-nin şikayətini təmin etmədi17-02-2021, 18:00. Yazar: sevinc1 |
Ali Məhkəmədə “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı məhkəmə qərarından kassasiya şikayətinə baxılıb. Trend-in məlumatına görə, hakim Kəmalə Abıyevanın sədrlik etdiyi iclasda şikayət araşdırılıb və məhkəmə qərarı elan edilib. Məhkəmə şikayəti təmin etməyib. Məhkəmənin qərarı ilə “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qətnamə dəyişdirilmədən saxlanılıb. Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiasına əsasən, “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qətnamə çıxarıb. Qətnamədən verilən şikayəti Bakı Apellyasiya Məhkəməsi təmin etməyib. aia.az Geri dön |