Ana Sayfa > Ölkə > Azərbaycanda 165 nəfər COVID-19-dan sağalıb, 154 nəfər yoluxub, 2 nəfər vəfat edib
Azərbaycanda 165 nəfər COVID-19-dan sağalıb, 154 nəfər yoluxub, 2 nəfər vəfat edib17-02-2021, 15:54. Yazar: sevinc1 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 154 yeni yoluxma faktı qeydə alınıb, 165 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 232 491 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 116 nəfər müalicə olunaraq sağalıb, 3 187 nəfər vəfat edib, aktiv xəstə sayı 2 188 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 758, ötən müddət ərzində isə ümumilikdə 2 521 394 test aparılıb. aia.az Geri dön |