Ana Sayfa > Manşet / Siyasət > Əli Əsədov Türkiyəyə gedir -

Əli Əsədov Türkiyəyə gedir -


17-02-2021, 14:21. Yazar: sevinc1
Əli Əsədov Türkiyəyə gedir -


Fevralın 19-da Türkiyədə Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 9-cu iclası keçiriləcək.

aia.az-ın məlumatına görə, iclasda baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

Səfər çərçivəsində Ə.Əsədov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Komissiyanın iclası çərçivəsində Əli Əsədov və Türkiyənin vitse-prezidenti Fuat Oktay hər iki ölkədən 150 özəl sektor nümayəndəsinin qatılacağı Türkiyə-Azərbaycan İşgüzar Forumunun ümumi iclasında iştirak edəcəklər.

Türkiyə mətbuatının məlumatına əsasən, ölkələr arasında dövlət və özəl sektorda ümumilikdə 100 milyon dollardan çox ticarət sazişlərinin imzalanması gözlənilir.

aia.az
Geri dön