Ana Sayfa > İqtisadiyyat > Rəqabət Məcəlləsi bu ilin sonunadək qəbul edilə bilər - Dövlət Xidməti

Rəqabət Məcəlləsi bu ilin sonunadək qəbul edilə bilər - Dövlət Xidməti


17-02-2021, 13:16. Yazar: sevinc1
Rəqabət Məcəlləsi bu ilin sonunadək qəbul edilə bilər - Dövlət Xidməti

Azərbaycanda Rəqabət Məcəlləsinin təkmilləşdirilməsi üzrə işlər başa çatmaqdadır.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunmuş brifinq zamanı deyib.

Onun sözlərinə görə, hazırlanmış konsepsiya artıq müvafiq orqanlara verilib və Dövlət Xidməti rəy və təklifləri almaqdadır.

"Rəqabət Məcəlləsinin bu ilin sonunadək qəbul olunmasına ümid edirik".

AİA.Az
Geri dön