Ana Sayfa > Ölkə > Şəhid ailələri dövlətimizin qayğısından razılıq edir

Şəhid ailələri dövlətimizin qayğısından razılıq edir


17-02-2021, 12:27. Yazar: sevinc1
Şəhid ailələri dövlətimizin qayğısından razılıq edir


YAP Tovuz rayon təşkilatı 16 fevral 2021 ci tarixində rayonun Yuxarı Öysüzlü kəndində növbəti “Şəhid ailələrinə qayğı” aksiyası keçirmişdir. Aksiya zamanı torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Yusifov Münasib Mübariz oğlu və Əhmədov Elmar Elşən oğlunun ailələrinə baş çəkilmişdir.Görüş zamanı torpaqlarımızın azad olunması uğrunda şəhid olmuş igidlərimizin xatirəsinin xalqımız və dövlətimiz tərəfindən hər zaman uca tutulduğu vurğulanmış, bu sahədə görülən işlər barədə söhbət aparılmışdır.Görüşdə iştirak edən Yuxarı Öysüzlü kənd ərazi partiya təşkilatının sədri Firuddin Cəfərov hər iki şəhidimizin müəllimi kimi onların hələ məktəb illərindəki vətənpərvərlik nümünələrindən bəhs etmiş, öz hərəkətləri, davranışları ilə fəal həyat mövqeyi sərgilədiklərini xatırlamışdır. Şəhid atası Mübariz Yusifov və Elşən Əhmədov torpaqlarımızın işğaldan azad olunmasının və qələbəmizin böyük önəmini qeyd edərək bu işin hər kəsin borcu olduğunu bildirmişlər. Onlar eyni zamanda şəhid ailələrinə dövlətimizin göstərdiyi qayğıdan, həyata keçirdiyi tədbirlərdən razlıqlarını ifadə etmişlər.

Şəhid Yusifov Münasib Mübariz oğlu ölümündən sonra “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalı ilə, Əhmədov Elmar Elşən oğlu isə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşlar. Allah şəhidlərimizə rəhmət eləsin. Onların xatirəsini uca tutmaq və anmaq hər kəsin mənəvi ehtiyacı olmalıdır.

aia.az



Geri dön