Ana Sayfa > Karusel / Dünya > Bill Qeyts bəşəriyyətin üzləşdiyi ən çətin problemi açıqladı
Bill Qeyts bəşəriyyətin üzləşdiyi ən çətin problemi açıqladı17-02-2021, 09:44. Yazar: sevinc1 |
“Bəşəriyyətin qarşısında dayanan ən çətin problem 2050-ci ilə iqlim neytrallığına nail olmaqdır”. “RİA Novosti”nin məlumatına görə, bu sözləri “Microsoft” şirkətinin təsisçisi Bill Qeyts deyib. “Bu, bəşəriyyətin nə vaxtsa qarşılaşdığı ən böyük problemdir, çünki fiziki olaraq dünya iqtisadiyyatı – sement, polad, nəqliyyat, kənd təsərrüfatı – bütün bu sektorlar dəyişməlidir”, - deyə B.Qeyts bildirib. Onun sözlərinə görə, innovasiyaların tətbiqi, onların genişləndirilməsi, həmçinin iqlim neytrallığı siyasətinin aparılması sözügedən problemin 2050-ci ilə qədər həllinə imkan verəcək. aia.az Geri dön |