Ana Sayfa > İdman > "Mançester Yunayted"də yeni müqavilə

"Mançester Yunayted"də yeni müqavilə


16-02-2021, 18:46. Yazar: admen
"Mançester Yunayted"də yeni müqavilə

"Mançester Yunayted" gənc futbolçusu Meyson Qrinvudla müqaviləni uzadıb.

AİA.Az qol.az-a istinadən xəbər verir ki, 19 yaşlı hücumçunun 2023-cü ilin yayına qədər olan sözləşməsi daha iki il artırılıb.

Qeyd edək ki, bir neçə klubun maraq dairəsində olan Qrinvud "Mançester Yunayted"in öz yetirməsidir. O, 2018-ci ildən əsas komandada çıxış edir.
Geri dön