Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycanda 191 nəfər COVID-19-dan sağalıb, 140 nəfər yoluxub, 2 nəfər vəfat edib
Azərbaycanda 191 nəfər COVID-19-dan sağalıb, 140 nəfər yoluxub, 2 nəfər vəfat edib16-02-2021, 15:51. Yazar: sevinc1 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 232 337 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 951 nəfər müalicə olunaraq sağalıb, 3 185 nəfər vəfat edib, aktiv xəstə sayı 2 201 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 631, ötən müddət ərzində isə ümumilikdə 2 513 636 test aparılıb. aia.az Geri dön |