Ana Sayfa > Gündəm > Hərbi qulluqçuların vaksinasiyası könüllülük əsasında həyata keçirilir -

Hərbi qulluqçuların vaksinasiyası könüllülük əsasında həyata keçirilir -


16-02-2021, 15:29. Yazar: sevinc1
Hərbi qulluqçuların vaksinasiyası könüllülük əsasında həyata keçirilir -


Müdafiə nazirinin əmrinə əsasən, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə COVID-19-a qarşı vaksinasiyaya başlanılıb.

Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, vaksinasiya könüllülük prinsipi əsasında həyata keçirilir.

Bakı qarnizonunda yerləşən hərbi hissələrin şəxsi heyətinin vaksinasiyası Silahlı Qüvvələrin Baş Klinik Hospitalında keçirilir. İşğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin hərbi qulluqçularının vaksinasiyası müvafiq hərbi tibb müəssisələrində təşkil edilib.

aia.az
Geri dön