Ana Sayfa > Karusel / İqtisadiyyat > Samir Şərifov araşdırma başlatdı:
Samir Şərifov araşdırma başlatdı:16-02-2021, 12:47. Yazar: sevinc1 |
Maliyyə Nazirliyi Vidadi Muradovun “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri olduğu dövrlə bağlı araşdırmaya başlayıb. Unikal.org-un məlumatına görə, Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti Xidməti “Azərxalça” ASC-də yoxlamalar aparır. Maliyyə naziri Samir Şərifovun əmri ilə, adıçəkilən qurumun maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılır. “Azərxalça” ASC-nin yarandığı dövrdən indiki zamana qədər olan müddət təftiş edilir. Həmçinin ASC-nin bütün müəssisələrində də bu araşdırmalar davam etdirilir. aia.az Geri dön |