Ana Sayfa > Aia TV > “Ailəlikcə polis şöbəsinə getdik...” - Aytac Vidadiqızı

“Ailəlikcə polis şöbəsinə getdik...” - Aytac Vidadiqızı


16-04-2016, 12:20. Yazar: admin
“Ailəlikcə polis şöbəsinə getdik...” - Aytac Vidadiqızı




Müğənni Aytac Vidadiqızı və həyat yoldaşı Can Bekir tədbirlərin birində görüntülənib.

“Qafqazinfo”nun məlumatına görə, sənətçi müvəqqəti olaraq Azərbaycana köçdüyünü söyləyib:

“Ailə həyatımız davam edir, şükürlər olsun ki, hər şey qaydasındadır. Ana olmaq barədə düşünürəm. Artıq bir müddətdir ki, Azərbaycana gəlmişik. Hər kəs elə bilir ki, hələ də Türkiyədəyik. Buna görə də tədbirlər və çəkilişlərə az dəvət alıram. Daimi olaraq Azərbaycanda yaşamağı düşünmürük. Müvəqqəti olaraq buradayıq, işlərimizi həll edib qayıdacağıq”.

Aytac Vidadiqızı mətbuatda qardaşının qətl törətməsi barədə yayılan xəbərlərə bir daha aydınlıq gətirib:

“Biz hadisədən sonra ailəlikcə Bərdə rayon Polis Şöbəsinə getdik, daha sonra yalan məlumat yayanları prokurorluğa şikayət etdik. Biz özümüz bərdəliyik. Ən gözəl və doğru xəbəri onlar bilirdilər. Polislərin ailəmizə qarşı hörmətsizliyini hiss etdim. Polislər də bilirlər ki, ortada belə bir şey yoxdur”.

Qeyd edək ki, bir müddət əvvəl tanınmış müğənni Vidadi Bərdəlinin oğlu olduğu deyilən Tural Allahverdiyevin tanışını öldürməyi barədə məlumat yayılmışdı.

Bərdənin Alaçadırlı kəndində 1990-cı il təvəllüdlü Allahverdiyev Tural Vidadi oğlu tanışı, 24 yaşlı Məkan İsmayılovu bıçaqlayaraq qətlə yetirmişdi.
Geri dön