Ana Sayfa > Təhsil > Novruz tətilindən sonra dərslər dayandırılır? - Rəsmi

Novruz tətilindən sonra dərslər dayandırılır? - Rəsmi


12-02-2021, 18:11. Yazar: sevinc1
Novruz tətilindən sonra dərslər dayandırılır? - Rəsmi

Mart ayında dərslərin yenidən dayandırılacağı ilə bağlı xəbərlər yayılıb.

Sosial şəbəkələrdə Novruz bayramı tətilindən sonra şagirdlərin məktəbə getməsinin dayandırılaraq, distant təhsilə keçiləcəyi iddia olunub.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur. Onun sözlərinə görə, hazırda Azərbaycanda məktəblərin bağlanmasına səbəb olacaq sanitar-epidemioloji durum mövcud deyil:

“Sosial şəbəkələrdə səhv informasiya yayırlar. Ümumiyyətlə, dərslərin dayandırılması ilə bağlı məsələ birbaşa Nazirlər Kabinetinin verdiyi qərarla tənzimlənir. Hazırda mətkəblərdə dərslərin dayandırılmasına əsas verəcək heç bir narahatlıq və təhlükə yoxdur”.

AİA.Az
Geri dön