Ana Sayfa > Karusel > Köçəryanın evinə qumbara atıldı - Xəsarət alan olmayıb + Yenilənib

Köçəryanın evinə qumbara atıldı - Xəsarət alan olmayıb + Yenilənib


16-04-2016, 09:40. Yazar: admin
Köçəryanın evinə qumbara atıldı - Xəsarət alan olmayıb + Yenilənib





Ermənistanın keçmiş prezidenti Robert Köçəryana hücum edilib.

“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, Köçəryanın İrəvanda evinə qumbara atılıb.

“Hazırda hadisə baş verən ərazidə operativ qrup işləyir”, - deyə xəbərdə bildirilir.

***

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın evinə edilən hücum zamanı xəsarət alan olmayıb. Bu barədə Köçəryanın mətbuat katibi Viktor Soqomonyan bildirib.

Onun sözlərinə görə, hadisə baş verəndə Köçəryan Moskvada “Sistema” səhmdar-maliyyə korporasiyasının idarə heyətinin konfransında iştirak edib.

“Fikrimcə, kimsə onun evinə qumbara atıb və qaçıb”, - V. Soqomonyan söyləyib.
Geri dön