Ana Sayfa > Seçki 2024 > Bakıda dəhşətli qəza: Avtomobil qadın piyadanı havaya uçurdu -

Bakıda dəhşətli qəza: Avtomobil qadın piyadanı havaya uçurdu -


12-02-2021, 15:29. Yazar: sevinc1
Bakıda dəhşətli qəza: Avtomobil qadın piyadanı havaya uçurdu -

Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən ağır qəza baş verib.

Hadisə şahidlərinin Baku.ws-ə verdikləri məlumata görə, hadisə Koroğlu Rəhimov küçəsində, Odlar Yurdu Universitetinin qarşısındakı piyada keçidində qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil qadını vurub.

Kadrdan göründüyü kimi, “Mercedes” markalı avtomobilin sürücüsü piyada keçidinə doğru yüksək sürətlə hərəkət edib. Sürücünün kobud qayda pozuntusu və məsuliyyətsizliyi sonda dəhşətli qəzanın baş verməsinə səbəb olub.

Hadisənin görüntülərini təqdim edirik:


Geri dön