Ana Sayfa > Qərbi Azərbaycan > Peyvənd barədə arayış necə veriləcək? - TƏBİB açıqladı

Peyvənd barədə arayış necə veriləcək? - TƏBİB açıqladı


12-02-2021, 14:27. Yazar: sevinc1
Peyvənd barədə arayış necə veriləcək? - TƏBİB açıqladı

Xarici ölkəyə səfər zamanı vətəndaşlardan peyvəndin edilməsi barədə tələb olunacaq arayış elektron sistemdən çıxarılmaqla veriləcək.

TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, peyvənd olunan bütün şəxslər haqqında məlumatlar elektron bazada toplanılır. Peyvənd olunanların şəxsiyyət vəsiqəsinin fin kodunu daxil etməklə sistemdə bu barədə məlumat almaq mümkündür:

"Əgər peyvənd edilən şəxslərə hər hansı xarici ölkəyə səfər zamanı peyvənd olunma haqqında sənəd tələb olunarsa, biz sistemdən məlumatları çıxararaq ona arayış təqdim edə biləcəyik".

AİA.Az
Geri dön