Ana Sayfa > İqtisadiyyat > Azərbaycan 2025-ci ilədək qeyri-neft ixracını iki dəfə artırmaq niyyətindədir -

Azərbaycan 2025-ci ilədək qeyri-neft ixracını iki dəfə artırmaq niyyətindədir -


12-02-2021, 13:24. Yazar: sevinc1
Azərbaycan 2025-ci ilədək qeyri-neft ixracını iki dəfə artırmaq niyyətindədir -


Əvvəlki illərdə olduğu kimi İqtisadiyyat Nazirliyinin qarşısında iqtisadiyyatın dayanıqlı şaxələndirilməsi tapşırığı dayanır.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Post-pandemiya dövründə vergi sistemi" adlı konfransda deyib.

Nazir bildirib ki, qarşıya qeyri-neft ixracının genişləndirilməsi və bu sahənin sürətli inkişafı məqsədi qoyulub:

"Bununla bağlı, qeyri-neft ixracının artımına xidmət edəcək konsepsiyanın hazırlanması nəzərdə tutulub. Azərbaycan bu gün 120 növdən çox məhsul ixrac edir, 2025-ci ilədək qeyri-neft ixracının iki dəfə artırılması nəzərdə tutulur"

aia.az
Geri dön