Ana Sayfa > Parlament > Ötən gün borca görə axtarışda olan 23 nəfər saxlanılıb
Ötən gün borca görə axtarışda olan 23 nəfər saxlanılıb12-02-2021, 10:20. Yazar: sevinc1 |
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin Mətbaut xidmətindən aia.az-a veriln məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb. aia.az Geri dön |