Ana Sayfa > Ölkə > Ali məktəblərdə tədrisin qismən bərpası kirayə mənzil qiymətlərini artıracaq

Ali məktəblərdə tədrisin qismən bərpası kirayə mənzil qiymətlərini artıracaq


11-02-2021, 10:01. Yazar: sevinc1
Ali məktəblərdə tədrisin qismən bərpası kirayə mənzil qiymətlərini artıracaq

Ali təhsil müəssisələrində əyani təhsilin qismən bərpası ilə bağlı qərar Bakıda kirayə mənzil bazarında qiymətlərə hələki təsir göstərməyib.

“MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, hazırda kirayə mənzil bazarında hər hansı canlanma, aktivlik hiss olunmur. Ekspet bildirib ki, hamı gözləmə mövqeyində dayanıb:

“Əlbəttə, əgər ali məktəblərdə təhsil bərpa olunarsa, kirayə mənzil bazarına da təzyiq çoxalacaq və bu da qiymətlərin artmasına səbəb olacaq”.

Qeyd edək ki, fevralın 15-dən ali məktəblərdə praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.

aia.az
Geri dön