Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > İbn Sinanın “sehrli kəşfi” koronavirusun dərmanıdır
İbn Sinanın “sehrli kəşfi” koronavirusun dərmanıdır11-02-2021, 09:16. Yazar: sevinc1 |
Türkiyəli kardioloq professor Nəzmi Gültəkin və mikrobioloq dossent Əminə Kiçikatəş zəfərandan alınan kolxitsin adlı maddənin koronavirus xəstələrinin müalicəsində effektiv olduğunu açıqlayıblar. Həkimlər İbn Sina tərəfindən kəşf olunan bu dərmanı hələ 2014-cü ildə ürək xəstələrinin müalicəsində tətbiq edərək uğur qazanıblar. Sonradan isə kolxitsinin COVID-19 zamanı daxili orqanları zədələnmədən qoruduğu məlum olub. Qeyd edək ki, İtaliya, İspaniya və Rusiyada koronavirusu ağır keçirən xəstələrin müalicə zamanı kolxitsindən istifadə edilib və nəticədə ölüm səviyyəsinin xeyli aşağı düşməsi müşahidə olunub. Buna baxmayaraq, həkimlər “sehrli dərman vasitəsindən” özbaşına istifadənin yolverilməz olduğunu bildirir və kolxitsinin yalnız həkim nəzarəti altında qəbulunu məqsədəuyğun sayırlar. aia.az Geri dön |