Ana Sayfa > Karusel / Şou-biznes > Mətanət İsgəndərlinin oğlunun uşağına işgəncə verməsinin

Mətanət İsgəndərlinin oğlunun uşağına işgəncə verməsinin


10-02-2021, 17:55. Yazar: sevinc1
Mətanət İsgəndərlinin oğlunun uşağına işgəncə verməsinin

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdar artist Mətanət İsgəndərlinin oğlunun öz övladını işgəncələrə məruz qoyması ilə bağlı sosial şəbəkələrdə yayılan fotolara münasibət bildirib.

Məsələ ilə bağlı “Report”un sorğusunu cavablandıran dövlət komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Mərdanoğlu deyib ki, faktla bağlı artıq təmsil etdiyi qurumda araşdırmalara başlanılıb.

Onun sözlərinə görə, dövlət komitəsində sosial şəbəkələrdə uşağın işgəncələrə məruz qaldığını əks etdirən foto-məlumatlarla bağlı dərhal araşdırma aparılıb.

Məlum olub ki, vətəndaş Aynur Vaqif qızı Həmidovanın uşağı həyat yoldaşı Kərim Həmidov tərəfindən döyülüb: “Hadisənin yay ayında törədildiyi müəyyənləşib. Nə uşağın anası, nə də digər qohumlar tərəfindən baş verən hadisə ilə bağlı hüquq mühafizə orqanlarına şikayət edilməyib. Uşağın döyülməsinə onların nənəsigilə getməməsi səbəb olub. Hazırda məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir”.

T.Mərdanoğlu bildirib ki, hadisə ilə bağlı dövlət komitəsi tərəfindən hüquq mühafizə orqanlarına müraciət ediləcək.

Qeyd edək ki, əməkdar artist Mətanət İsgəndərlinin “Canan” ləqəbi ilə tanınan gəlini Aynur Həmidova övladının atası tərəfindən işgəncələrə məruz qaldığı ilə bağlı məlumatlar yayıb. O, həmçinin işgəncələri əks etdirən fotoları da nümayiş etdirib.

Xatırladaq ki, uzun müddət bir-birindən ayrı yaşayan cütlüyün hazırda rəsmi boşanmaları üçün məhkəmə işi davam edir.

aia.az
Geri dön