Ana Sayfa > Gündəm > Nazirlikdə rəis işdən çıxarıldı

Nazirlikdə rəis işdən çıxarıldı


15-04-2016, 20:10. Yazar: admin
Nazirlikdə rəis işdən çıxarıldı





Salyan Telekommunikasiya Qovşağının rəisi işdə yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, Faiq Nəcəfov rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin müvafiq əmri ilə işdən çıxarılıb.

Bu barədə məlumatı rayona ezam olunmuş "Aztelekom" MMC-nin Baş direktorunun müavini Tahir Məmmədov qovşağda keçirilən yığıncaqda elan edib.

Qeyd edək ki, bir müddət əvvəl Rabitə və Yüksək Texnologoialar Nazirliyi tərəfindən Salyan Telekommunikasiya Qovşağında audit yoxlama aparılıb və müəssisənin işində ciddi nöqsanlar aşkar edilib.
Geri dön