Ana Sayfa > Qərbi Azərbaycan > Koronavirusun yeni ştammı daha ciddi problem yarada bilər -

Koronavirusun yeni ştammı daha ciddi problem yarada bilər -


10-02-2021, 11:08. Yazar: sevinc1
Koronavirusun yeni ştammı daha ciddi problem yarada bilər -


Güman edirik ki, COVİD-19 virusunun yeni ştammı yalnız yoluxduruculuq qabiliyyətinin artmasına, ölüm sayının isə azalmasına səbəb olacaq.

Bunu Trend-ə həkim infeksionist Fərrux Sədirov deyib.

Onun sözlərinə görə, əgər belə olarsa, virusla mübarizə aparmaq bir qədər asanlaşa bilər.

İnfeksionist qeyd edib ki, ölüm səviyyəsindən başqa, yoluxma sayının göstəricisi də xəstəliklə mübarizədə çox əhəmiyyətli məsələdir:

“Azərbaycanda indiyədək COVİD-19-a yoluxanlar arasında ölüm göstəricisi 2 faizi ötməyib. Amma yoluxma hallarının 50 faizinin ölümlə nəticələnə biləcəyi xəstəliklər var. Virusun yoluxdurma qabiliyyətinin sürətli olması bir problemdir. Amma onun öldürücülüyünün də eyni səviyyədə qalması daha ciddi bir problem yarada bilər”.

aia.az
Geri dön