Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanla Ermənistan arasında əsirlərin mübadiləsi baş tutub
Azərbaycanla Ermənistan arasında əsirlərin mübadiləsi baş tutub10-02-2021, 09:00. Yazar: sevinc1 |
![]() Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi keçirilib. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov bildirib. Sülhməramlılarının komandanı deyib: "Bu gün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının reallaşdrılması məqsədi ilə növbəti əsir mübadiləsi həyata keçirilib". Rusiyanın Kosmik Hava Qüvvələrinin təyyarəsi ilə bir əsir Ermənistandan Bakıya, beş əsir Azərbaycandan İrəvana çatdırılıb. aia.az Geri dön |