Ana Sayfa > Təhsil > Təhsil Nazirliyi “Virtual məktəb”lə bağlı statistikanı açıqladı
Təhsil Nazirliyi “Virtual məktəb”lə bağlı statistikanı açıqladı9-02-2021, 12:39. Yazar: sevinc1 |
Müəllim və şagirdlər ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”də tədrisin keyfiyyətli təşkilini, interaktivliyini və fasiləsizliyini təmin edən imkanlarından geniş istifadə olunur. Təhsil Nazirliyindən aia.az-a verilən məlumata görə, 2021-ci il yanvar ayı üzrə statistik göstəricilərə əsasən, platformada ev tapşırığı və qiymətləndirmə modulundan istifadə edənlər ümumilikdə 1 014 743 nəfər, platformanı Azərbaycan dilində istifadə edənlər 830 159 nəfər, dərslərdə rəqəmsal lövhədən istifadə edənlər 201 771 nəfər, e-poçt xidmətindən istifadə edənlər 343 764 nəfər, e-saxlanc xidmətindən istifadə edənlər isə 224 459 nəfər təşkil edib. Bu dövr ərzində ofis proqramları üzrə isə “Word” proqramından 132 900 nəfər, “Excel” proqramından 30 627 nəfər, “PowerPoint” proqramından isə 65 233 nəfər istifadə edib. aia.az Geri dön |