Ana Sayfa > Karusel / İqtisadiyyat > "Cənub Qaz Dəhlizi" Azərbaycanın ixrac gəlirlərini artıracaq -

"Cənub Qaz Dəhlizi" Azərbaycanın ixrac gəlirlərini artıracaq -


9-02-2021, 10:27. Yazar: sevinc1
"Cənub Qaz Dəhlizi" Azərbaycanın ixrac gəlirlərini artıracaq -

"Cənub Qaz Dəhlizi"nin Azərbaycan üçün əsas üstünlükləri ondan ibarətdir ki, bu layihə təbii qaz hasilatı və ixrac həcmlərini artırmağa imkan verəcək və bu, ölkənin ixrac gəlirlərini artıracaq.

Bunu Trend-ə Böyük Britaniyanın "Capital Economics" tədqiqat və konsaltinq şirkətinin xammal üzrə iqtisadçı köməkçisi Samuel Burman deyib.

O əlavə edib ki, bu layihə həm də Azərbaycanın Avropa ilə əlaqələrini genişləndirməyə şərait yaradacaq:

"Avropa üçün bu dəhlizin üstünlükləri Rusiya təbii qazına alternativ təklif etməsidir. Bunun nəticəsində rəqabətin artması Avropada qaz qiymətlərinin ucuzlaşmasına gətirib çıxara bilər".

aia.az
Geri dön