Ana Sayfa > Manşet > Həsən Həsənov: “İqtisadi islahatlar yüksək rifah cəmiyyəti quruculuğunu sürətləndirəcək ”
Həsən Həsənov: “İqtisadi islahatlar yüksək rifah cəmiyyəti quruculuğunu sürətləndirəcək ”8-02-2021, 17:25. Yazar: sevinc1 |
![]() “Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr ərzində Azərbaycan özünün sosial-iqtisadi, o cümlədən hərbi gücünü daha da yüksəldib və bu nailiyyətlər torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi qələbəmizi şərtləndiri.”– bu sözləri saytımıza verdiyi müsahibəsində Yeni Azərbaycan Partiyası Şəki şəhər təşkilatının sədri Həsən Həsənov deyib. Əməkadşımızın suallarını cavablandıran təşkilat sədri bildirib ki, ölkənin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlər eyni zamanda həm Azərbaycanın milli mənafelərinə, həm də bu sahədə müasir dünyada tətbiq olunan yeni qlobal meyaraların tələblərinə uyğun müəyyənləşdirilib: “İlk növbədə qeyd etmək lazımdır ki, dövlətin iqtisadi inkişafından qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyin təmini üçün güclü potensial yaratmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünüımüş xarici və daxili siyasət nəticəsində əldə olunmuş ictimai-siyasi sabitlik, təhlükəsizlik mühiti və davamlı iqtisadi inkişaf xalqın rifahını təmin edən əsas taleyüklü amillərdir. Növbəti illərdə isə işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bu baxımdan dövlətimizin başçısı tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişafa dair beş Milli Prioritet növbəti onillikdə dövlət konsepsiyası statusunda qəbul olunmalıdır. Eyni zamanda da bu prioritetlər Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Ordusunun parlaq Qələbəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına yenidən formalaşacaq qatqısı, logistik sahədə yeni perspektivlər ölkəmizin inkişaf potensialını artıracaq. Ərazi bütövlüyümüzün təmin olunması iqtisadi sferada böyük irəliləməyə gətirib çıxaracaq. Bu iqtisadi inkişafın dogru dəyərləndirilməsi ölkəmizin dünya səviyyəsində davamlı irəliləməsinə və dinamik inkişaf xəttinə malik olmasına səbəb olacaq.” Həsən Həsənov həmçinin qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş Milli Prioritetlər növbəti onillikdə iqtisadi artımın davamlılığı, milli iqtisadiyyatın daha da şaxələndirilməsi, ölkənin ixrac potensialının tam reallaşdırılması baxımından qarşımızda daha böyük imkanlar açır: “Heç şübhəsiz Ölkə Prezidenti tərəfindən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyən edilmiş beş Milli Prioritet bu inkişafı artıq tamamilə yeni, keyfiyyətcə daha yüksək bir mərhələyə çıxaracaq. Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat – ölkə iqtisadiyyatının davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmasını, bu əsasda yüksək gəlirli iş yerlərinin yaradılmasını, insanların həyat səviyyəsinin ilbəil yaxşılaşmasını nəzərdə tutur. Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət – bu prioritetin reallaşması ilə inkişafdan hər bir vətəndaşın bəhrələnməsinə, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsinin təmin edilməsinə, yüksək və ədalətli sosial təminata, ölkədə yoxsulluğun və işsizliyin səviyyəsinin minimuma endirilməsinə nail olunacaq. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı – bu prioritetin əsas məqsədi gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün ölkəmizin yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış – təbii ki, ölkənin ərazi bütövlüyünün təmin olunması ilə işğal dövründə öz doğma torpaqlarından köçkün düşən insanların vətənə, dədə-baba yurdlarına qayıdışının təmin olunması kimi son dərəcə vacib bir prosesi nəzərdə tutur. Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi – ekoloji təmiz texnologiyaların tətbiqinə, təmiz enerji mənbələrindən istifadəyə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası işlərinə əhəmiyyətli yer verilməsini nəzərdə tutur. Beləliklə də Milli Prioritetlər növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafını yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxaracaq.” Elxan ƏlİYEV Abbas Abbasov aia.az Geri dön |