Ana Sayfa > Seçki 2024 > Azərbaycanın milli sosial-iqtisadi inkişaf xəttinin başlıca istiqamətləri ölkə iqtisadiyyatının yüksəlişi, əhalinin rifahının daha da yaxşılaşdırılmasıdır

Azərbaycanın milli sosial-iqtisadi inkişaf xəttinin başlıca istiqamətləri ölkə iqtisadiyyatının yüksəlişi, əhalinin rifahının daha da yaxşılaşdırılmasıdır


8-02-2021, 15:25. Yazar: sevinc1
Azərbaycanın milli sosial-iqtisadi inkişaf xəttinin başlıca istiqamətləri ölkə iqtisadiyyatının yüksəlişi, əhalinin rifahının daha da yaxşılaşdırılmasıdır


Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş bu prinsiplər sürətlə həyata keçirilib, dövrün tələblərinə uyğun olaraq yenilənib, ən əsası isə, qarşıya qoyulan hədəflərə inamla çatıb. Qarşıdakı 10 il üçün social-iqtisadi inkişafa dair Milli Proqramlar da bəşəri məqsədlərə, qlobal social-iqtisdadi, ekoloji dayanıqlığa xidmət etməklə bu prinsiplərdən qaynaqlanır. Məlum olduğu kimi Prezident İlham Əliyev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunduğu kimi, qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir: “Müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir”.

Beləliklə, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş milli prioritet reallaşdırılmalıdır:

1. dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

2. dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

3. rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

4. işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

5. təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Bu Milli Prioritet sırasında təmiz ətraf mühit və “yaşıl artım” çox mühüm əhəmiyətə malikdir. Məlimdur ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaqdır. Dövlətin iqtisadi inkişafında Milli Prioritet kimi qəbul olunan ətraf mühitin qorunması vəzifəsi iki növbəti məqsədin effektiv reallaşdırılmasına xidmət edir: yüksək keyfiyyətli ekoloji mühitin təmin olunması və yaşıl enerji məkanın yaradılması.

İşğaldan azad edilən ərazilər 30 ilə yaxın bir dövr ərzində ermənilərin ekoloji terroruna məruz qalsa da mütəxəssislər həmin ərazilərdəki bərpa olunan enerji potensialını yüksək qiymətləndirir.

Ermənilərin ekoloji terroru isə işğaldan azad edilən ərazilərdə görüləcək işləri çətinləşdirməklə yanaşı həm də maliyyə xərclərini artıracaq

Qeyd edək ki, İşğaldan azad edilən ərazilərdə ətraf mühitə dəyən zərərin müəyyənləşdirilməsi ilkin qiymətləndirmə işlərinə başlanılıb.

Sonda qeyd etmək istəyirəm ki, təsdiq olunan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqram ölkəmizin on illik inkişaf xəritəsidir və özündə yuxarıda qeyd etdiyimi bütün mühüm məsələləri, problemlərin həllini ehtiva edir. Azərbaycan Respublikasının regionun güclü liderlərindən olma planı ölkəmiz və xalqımız üçün düşərli olsun.

Bütün sahələrdə olduğu kimi bu işdədə vətəndaş cəmiyətinin üzərinə mühüm vəzifələr düşür. Azərbaycanda ekoloji sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlardan birinin rəhbəri kimi deyə bilərəm ki, biz hamımız bu sahədə dövlətimizin və böyük zəfər yazmış Prezidentimizin yanındayıq.

Rüstəm Məlikov,
“Ana Kür” ekoloji problemlərin öyrənilməsinə kömək ictimai birliyinin sədri, Ali Media mükafatı laureatı
aia.az

Geri dön