Ana Sayfa > Təhsil > "Peyvənddən sonrakı əlamətlər orqanizmdə qoruyuculuğun göstəricisidir" - Həkim

"Peyvənddən sonrakı əlamətlər orqanizmdə qoruyuculuğun göstəricisidir" - Həkim


8-02-2021, 15:18. Yazar: sevinc1
"Peyvənddən sonrakı əlamətlər orqanizmdə qoruyuculuğun göstəricisidir" - Həkim

Peyvənd vurdurduqdan sonra yüngül qızdırma, halsızlıq kimi əlamətlərin müşahidə edilməsi preparatın orqanizmə yaxşı təsir etdiyini və orqanizmdə qoruyuculuğun yüksək səviyyədə əmələ gələcəyini göstərir.

AİA.Az Trend-ə istinadən bildirir ki, bunu həkim infeksionist Fərrux Sədirov deyib.

Onun sözlərinə görə, peyvənd vurulduqdan sonra yaranan əlavə təsirlər onun təlimatında deyildiyi təsirlərlə üst-üstə düşür.

Mütəxəssis qeyd edib ki, bəzən vətəndaşlar peyvəndin təsirlərini yan təsirlər olaraq, qəbul edirlər:

"Məsələn, peyvənd vurulduqdan sonrakı 24-48 saat ərzində orqanizmdə müşahidə edilən yüngül qızdırma və halsızlığı bəziləri yan təsirlər olaraq, hesab edirlər. Bunlar yan təsirlər deyil, peyvəndə aid normal əlamətlərdir. Əslində, bu əlamətlərin olması peyvəndin orqanizmə yaxşı təsir etdiyini və orqanizmdə qoruyuculuğun yüksək səviyyədə əmələ gələcəyini göstərir. İndiyə qədərki təcrübəmdə ciddi yan təsir görülməyib".

F.Sədirov əlavə edib ki, şəkər, hipertoniya, böyrək çatışmazlığı kimi xəstəliklər ölkəmizə gətirilən peyvəndlərin tətbiqi üçün əks-göstəriş deyil. Əks-göstərişlər onu vurdurmaq istəyən şəxslərdə daha əvvəl bu cür peyvəndlərə qarşı ciddi allergik reaksiyanın olması halıdır.
Geri dön