Ana Sayfa > İqtisadiyyat > İQTİSADİYYAT "Petkim"lə "Star"ın inteqrasiyası 2-3 il ərzində reallaşdırıla bilər

İQTİSADİYYAT "Petkim"lə "Star"ın inteqrasiyası 2-3 il ərzində reallaşdırıla bilər


8-02-2021, 15:14. Yazar: sevinc1
İQTİSADİYYAT "Petkim"lə "Star"ın inteqrasiyası 2-3 il ərzində reallaşdırıla bilər

"Petkim" neft-kimya kompleksinin "Star" neft emalı zavodunun payının satın alınması ilə bağlı planlarında dəyişiklik olmayıb.

Bunu "SOCAR Turkey" şirkətinin neft emalı və neft-kimya şöbəsinin rəhbəri Anar Məmmədov "Bloomberg" televiziyasına müsahibəsində deyib.

O bildirib ki, "Petkim"-"Star" inteqrasiyası 2-3 il sonra başa çata bilər.

A.Məmmədov əlavə edib ki, COVID-19 pandemiyası istehsal gücünün azalmasına gətirib çıxarmayıb, 2020-ci ilin istehsal göstəriciləri isə 2019-cu ilə yaxın həddə olub.

Onun sözlərinə görə, bu il şirkət ixracı azaldıb və əsasən daxili bazara diqqət ayırıb:

"Petkim"in bazarda payı 18 faiz təşkil edir. Türkiyədə tələblərin təmin olunması üçün 5 bu cür kompleks lazımdır. "Star" neft emalı zavodu işə başladıqdan sonra bizdə həm də dizel yanacağının qıtlığı yarandı. Türkiyə ildə 3-4 milyon ton dizel yanacağı idxal etməlidir".

Qeyd edək ki, "SOCAR Turkey" "Petkim"i 2008-ci ildə satın alıb

AİA.Az
Geri dön