Ana Sayfa > Təhsil > Bölgələrdə V-IX siniflər ənənəvi tədrisə başlayıb - FOTO

Bölgələrdə V-IX siniflər ənənəvi tədrisə başlayıb - FOTO


8-02-2021, 13:41. Yazar: sevinc1
Bölgələrdə V-IX siniflər ənənəvi tədrisə başlayıb - FOTO

Fevralın 8-dən Bakı, Sumqayıt və Abşeron istisna olmaqla, digər şəhər və rayonlarda V-IX siniflər üzrə ənənəvi tədris forması qismən bərpa olunub.

Təhsil Nazirliyindən AİA.Az-a verilən məlumata görə, şagirdlər arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərdə tədris qeyd edilən siniflər üzrə həftədə 5 dəfə, həmin şərti ödəməyən məktəblərdə isə həftədə 3 dəfə təşkil ediləcək.

Gəncə, Quba, İsmayıllı, Ağstafa, Daşkəsən, Şəki, Ağdam və Füzulidə yerləşən məktəblərdən bu günə dair görüntüləri təqdim edirik.

AİA.Az
Geri dön