Ana Sayfa > Karusel / Dünya > İran Rusiyaya nota verib

İran Rusiyaya nota verib


8-02-2021, 09:54. Yazar: sevinc1
İran Rusiyaya nota verib


Rəsmi Tehran Rusiya Xarici İşlər Nazirliyinə (XİN) etiraz notası göndərib.

Bu barədə IRNA agentliyi məlumat verib.

Səbəb Rusiya XİN-in ərəbdilli “Twitter” səhifəsində Fars körfəzini “Ərəbistan Körfəzi” adı ilə qeyd etməsidir.

Rusiyanın diplomatik xidməti hadisə ilə bağlı hələ açıqlama verməyib.

aia.az
Geri dön