Ana Sayfa > Seçki 2024 > Gizli nişan məclisi aşkarlandı, 10 nəfər cərimələndi

Gizli nişan məclisi aşkarlandı, 10 nəfər cərimələndi


8-02-2021, 09:50. Yazar: sevinc1
Gizli nişan məclisi aşkarlandı, 10 nəfər cərimələndi


Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan aia.az-a verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayon sakini R.İsmayılovun yaşadığı evdə qonaqların iştirakı ilə gizli şəkildə nişan mərasimi təşkil etdiyi müəyyən edilib.

Məclisin təşkilatçısı və iştirak edən 10 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.


aia.az
Geri dön