Ana Sayfa > Dünya > Avropa Komissiyası Metsamor AES-in bağlanmasını tələb edir
Avropa Komissiyası Metsamor AES-in bağlanmasını tələb edir5-02-2021, 16:07. Yazar: sevinc1 |
Ermənistanın Metsamor şəhərində yerləşən atom elektrik stansiyası tezliklə bağlanmalı və təhlükəsiz şəkildə istismardan çıxarılmalıdır. Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının Ermənistanla tərəfdaşlıq sazişinin icrası barədə işçi qrupunun 2020-ci il üzrə hesabatında deyilir. Qeyd olunur ki, AES-in nüvə təhlükəsizliyi ilə bağlı beynəlxalq standartlara uyğun olaraq yenilənməsinin mümkün olmadığı üçün bu addımlara zərurət var: "Bu problemin həlli üçün tez bir zamanda yol xəritəsi və ya fəaliyyət planı qəbul edilməlidir". aia.az Geri dön |