Ana Sayfa > İdman > Azərbaycanlı boksçu ermənini məğlub edib Rio-ya vəsiqə qazandı

Azərbaycanlı boksçu ermənini məğlub edib Rio-ya vəsiqə qazandı


15-04-2016, 18:43. Yazar: admin
Azərbaycanlı boksçu ermənini məğlub edib Rio-ya vəsiqə qazandı






Boks üzrə Azərbaycan milli komandası Türkiyənin Samsun şəhərində keçirilən Avropa Təsnifat Turnirində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.

Milli.Az report-a istinadən bildirir ki, bu vəsiqəyə yarımfinalda ermənistanlı Aram Avaqyanı məğlub edən Cavid Çələbiyev yiyələnib.

56 kq çəki dərəcəsində yer alan C.Çələbiyev bu qələbə sayəsində finala yüksəlib və ilk "üçlüyü" təmin etdiyi üçün "Rio-2016"da iştirak hüququna yiyələnib. Onun turnirin finalındakı rəqibi Böyük Britaniyadan olan idmançı Aşfaq Qais olacaq. A.Qais yarımfinalda ukraynalı Mikola Butsenkonu məğlub edib.
Qeyd edək ki, bu gün daha bir lisenziyanı qadın boksçu Yana Alekseyevna qazanıb. O, irlandiyalı Olimpiya, 4 qat dünya və 5 qat Avropa çempionu, eləcə də "Bakı 2015" I Avropa Oyunlarının qalibi Keti Taylora qalib gələrək adını finala yazıdırb və Rio-2016-da iştirak hüququ qazanıb. Ötənilki dünya çempionatında Azərbaycanın 3 boksçusu - Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq) və Pərviz Bağırov (69 kq) Rio-2016-ya lisenziya qazanıb. Bununla da Azərbaycan idmançılarının olimpiadaya qazandıqları lisenziyaların sayı 36-ya çatıb.
Geri dön