Ana Sayfa > Karusel / Şou-biznes > Rəmişin vəziyyəti nisbətən stabilləşib -

Rəmişin vəziyyəti nisbətən stabilləşib -


4-02-2021, 15:52. Yazar: sevinc1
Rəmişin vəziyyəti nisbətən stabilləşib -

Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmişin) səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemler yaranıb.

aia.az xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, o, yanvar ayının 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib:

"Rafiq Hüseynov mərkəzimizə çox ağır halda, huşu qapalı, komatoz vəziyyətdə daxil olub. Son dövr qaraciyər yetməzliyi və bir sıra yanaşı xəstəlikləri səbəbindən xəstə reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. İntensiv müalicə nəticəsində vəziyyəti nisbətən stabilləşib, huşunda aydınlaşmışma müşahidə olunub. Hazırda müalicəsi davam etdirilməsinə baxmayaraq vəziyyəti hələ də orta ağır olaraq qiymətləndirilir", - deyə vurğulanıb.


aia.az
Geri dön