Ana Sayfa > Seçki 2024 > YAP Tovuz rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində növbəti görüşlər keçirib

YAP Tovuz rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində növbəti görüşlər keçirib


4-02-2021, 12:58. Yazar: sevinc1
YAP Tovuz rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində növbəti görüşlər keçirib


Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində rayonun Dondar Quşçu kəndindən torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Ruslan Şaxsəddin oğlu Quliyevin, Hüseyn Həbib oğlu Quliyevin və Əmrah Ürfət oğlu Əliyevin ailələrini ziyarət ediblər.

Şəhid valideyinləri ilə söhbət zamanı şəhidlərimizin Vətən qarşısındakı böyük xidmətlərindən bəhs olunub, onların xatirələrinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğu bildirilib, dövlət tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışılıb. Vətənimizə şərəf gətirən övladlar böyütdüklərinə görə şəhid valideyinlərinin böyük ehtirama, diqqət və qayğıya layiq olduqları ifadə olunub.

Eyni zamanda, şəhid ailələrinin problemləri dinlənilib, onların həlli ilə bağlı müvafiq işlərin görüldüyü diqqətə çatdırılıb.

aia.az






Geri dön