Ana Sayfa > İqtisadiyyat > Toyota rekord vurmaq istəyir
Toyota rekord vurmaq istəyir4-02-2021, 12:17. Yazar: sevinc1 |
Yaponiyanın aparıcı avtomobil istehsalçısı "Toyota Motor" şirkəti 2021-ci ildə 9,2 milyon ədəd avtomobil istehsal etməyi planlaşdırır. Bu da müfaviq göstərici üçün rekord olacaq. Bəyan edilmiş istehsal həcmi avtomobil istehsalçısının 2020-ci ildə əldə etdiyi göstəricilərdən 17 faiz çox olacaqdır. Vurğulanıb ki, istehsal həcmindəki artım Yaponiya, Çin, ABŞ və Avropa bazarlarında avtomobillərə gözlənilən tələbatın bərpası ilə əlaqələndirilir. Yanvarın 28-də Toyota 2020-ci ildə 9,53 milyon avtomobil satıldığını qeyd edilən hesabat yayımlayıb. Beləliklə, Yaponiya avtomobil istehsalçısı digər avtomobil şirkətləri arasında bu göstəricidə lider oldu. AİA.Az Geri dön |