Ana Sayfa > İdman > "Qarabağ"ın sabiq futbolçusu 38 yaşında klubunu dəyişdi
"Qarabağ"ın sabiq futbolçusu 38 yaşında klubunu dəyişdi3-02-2021, 19:52. Yazar: admen |
"Qarabağ"ın sabiq futbolçusu Sergey Kravçenko klubunu dəyişib. AİA.Az qol.az-a istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi Ukraynanın 2-ci liqasında çıxış edən "Çernomorets"lə müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilənin müddəti açıqlanmayıb. Qeyd edək ki, Sergey Kravçenko 2005/2006 mövsümündə "Qarabağ"da çıxış edib. O, "Şaxtyor", "Vorskla" və "Dnepr"də də oynayıb. Ukrayna millisinin sabiq üzvü son olaraq "Dnepr-1"in uğurları üçün çalışıb. Geri dön |