Ana Sayfa > Media > Azərbaycanda 332 nəfər COVID-19-dan sağalıb, 159 nəfər yoluxub, 5 nəfər vəfat edib
Azərbaycanda 332 nəfər COVID-19-dan sağalıb, 159 nəfər yoluxub, 5 nəfər vəfat edib2-02-2021, 17:44. Yazar: sevinc1 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 159 yeni yoluxma faktı qeydə alınıb, 332 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 230 455 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 223 807 nəfər müalicə olunaraq sağalıb, 3 141 nəfər vəfat edib, aktiv xəstə sayı 3 507 nəfərdir. Ölkədə son sutka ərzində 7 713, hazırkı dövrədək isə 2 419 747 test aparılıb. aia.az Geri dön |