Ana Sayfa > Siyasət > Azərbaycanın “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanacaq
Azərbaycanın “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanacaq2-02-2021, 17:15. Yazar: sevinc1 |
![]() Azərbaycan Nazirlər Kabineti “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. aia.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncamında deyilir. Sərəncama əsasən, "2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi hazırlanarkən Nazirlər Kabineti aşağıdakıları təmin edəcək: - qabaqcıl beynəlxalq təşkilatlar və ixtisaslaşmış məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsini; - aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunmasını; Həmçinin, Milli Prioritetlərin həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək. - bu Sərəncamdan irəli gələn digər məsələləri həll edəcək. Aidiyyəti dövlət orqanları (qurumları) Milli Prioritetlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə zəruri tədbirlər görəcəklər. aia.az Geri dön |