Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Səhiyyə Nazirliyi sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı əhaliyə müraciət etdi

Səhiyyə Nazirliyi sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı əhaliyə müraciət etdi


2-02-2021, 16:55. Yazar: sevinc1
Səhiyyə Nazirliyi sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı əhaliyə müraciət etdi


Səhiyyə Nazirliyi sosial şəbəkələrdə yayılan COVID-19 virusunun yeni mutasiyasının uşaqlara ciddi təsir edəcəyi və xəstəxanalarda uşaq çarpayılarının yerləşdirilməsi ilə bağlı yayılan səs yazısına münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətindən aia.az-a verilən məlumatda bildirilir ki, yayılan səs yazısı həqiqəti əks etdirmir: "Ümumdünya Səhiyyə Təşkilatı yeni mutasiya ilə əlaqədar açıqlamasında uşaqlara yarada biləcək təhlükə ilə bağlı heç bir faktın olmadığını bəyan edib.

Bu mövzunun həssaslığını nəzərə alaraq vətəndaşları yalnız rəsmi qurumların məlumatlarına inanmağa çağırırıq".

aia.az
Geri dön