Ana Sayfa > Karusel / Seçki 2024 > Bakı-Yalama dəmir yolunun tikintisində bədbəxt hadisə:

Bakı-Yalama dəmir yolunun tikintisində bədbəxt hadisə:


2-02-2021, 11:21. Yazar: sevinc1
Bakı-Yalama dəmir yolunun tikintisində bədbəxt hadisə:


Fevralın 1-də saat 21 radələrində “Kolin” inşaat şirkəti tərəfindən tikintisi aparılan Bakı-Yalama dəmir yolunun Şabran rayonu ərazisindən keçən hissəsində fəhlələrin təmir-tikinti işləri apararkən xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şabran rayon prokurorluğundan aia.az-a verilən məlumatda bildirilir ki, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Feyruz Ağarzayev və Əmrağa Ağayev qeyd edilən ərazidə qəlibçilik işləri görərkən sonuncuların üzərlərinə torpaq kütləsi ilə birlikdə taxta şpalların aşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.

aia.az
Geri dön