Ana Sayfa > Şou-biznes > Rza Zərrab Nyu-York məhkəməsinə aparılır: Avtobusla 2 həftəlik səyahət
Rza Zərrab Nyu-York məhkəməsinə aparılır: Avtobusla 2 həftəlik səyahət15-04-2016, 12:49. Yazar: admin |
ABŞ-a gedərkən martın 19-da Mayami Hava Limanında Federal Təhqiqatlar Bürosu (FBI) tərəfindən saxlanılan Azərbaycan əsilli türk iş adamı Rza Zərrab 25 gün Mayami Federal Həbsxanasında saxlandıqdan sonra işinə Nyu-York məhkəməsində baxılması üçün yola salınıb. ABŞ Federal Təhlükəsizlik Xidmətinə aid həbsxana avtobusu ilə Nyu-Yorka yola düşən Zərrabın ilk dayanacağı Tallahassi olub. Virtualaz.org “Hürriyet”ə istinadən xəbər verir ki, iş adamı həbsxanada olan digər məhbuslarla birlikdə avtobusla 8 saat yol getdikdən sonra gecəni Florida ştatının Tallahassi şəhərində yerləşən cəza evində qalıb. Mayami və Nyu-York arasında isə avtomobillə dayanmadan 24 saatlıq məsafə var. Zərrabınsa ən çox 8 saat yol gedə biləcəyi gözlənilir. Bundan başqa, Zərrabın hər dəfə qaldığı həbsxanadan sonra yeni bir avtobus gözləməsi lazım gələcək. Beləliklə, onun Nyu-Yorkdakı Manhetten Federal Həbsxanasına çatdırılmasına qədər ən azı 2-3 cəza evində qalması və ümumilikdə, yolçuluğun 2 həftə davam etməsi gözlənilir. Rza Zərrab haqqındakı iddia dosyesini hazırlayan Nyu-Yorkun Cənubi Region üzrə baş prokuroru Preet Bhararanın mətbuat katibi Ceyms Marqolin bir gün öncə Zərrabın ABŞ Federal Təhlükəsizlik Xidməti tərəfindən avtobusla gətiriləcəyini açıqlamışdı. Rza Zərrabın vəkili isə mafiya üzvləri və bir çox tanınmışlara vəkillik edən Bencamin Brafman olacaq. O, 2011-ci ilsə cinsi təcavüz iddiası ilə tutulan Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Dominik Stross Kanın da vəkili olmuşdu. Gülnar Əliyeva Geri dön |