Ana Sayfa > İdman > "Milan" Donnarumma ilə yenə razılaşa bilmir

"Milan" Donnarumma ilə yenə razılaşa bilmir


1-02-2021, 21:51. Yazar: admen
"Milan" Donnarumma ilə yenə razılaşa bilmir

"Milan" qapıçısı Canluici Donnarumma ilə yeni müqavilə imzalamaq üçün razılığa gələ bilmir.

AİA.Az qol.az-a istinadən xəbər verir ki, 21 yaşlı qolkiper İtaliya klubundan illik 10 milyon avro maaş tələb edir. "Milan" isə bununla razılaşmır.

Lakin A seriyası təmsilçisi oyunçuya 7 milyon+1 milyon avro bonus ödəməyə hazırdır. Donnarumma isə bunu qəbul etmir.

Futbolçunun klubla hazırkı müqaviləsinin müddəti 2021-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Donnarumma bu mövsüm A seriyasında 19 oyun keçirib.
Geri dön