Ana Sayfa > Şou-biznes > Aviqdor Liberman: “Hərbi əməliyyatları Azərbaycan başlamayıb...”
Aviqdor Liberman: “Hərbi əməliyyatları Azərbaycan başlamayıb...”15-04-2016, 12:43. Yazar: admin |
“Mən Qarabağ münaqişəsi regionunda hadisələrin gedişini diqqətlə izləyirəm və əminəm ki, bu dəfə hər şey erməni tərəfinin təxribatı ilə başlamışdı”. Virtualaz.org xəbər verir ki, bu sözləri İsrailin keçmiş xarici işlər naziri Aviqdor Liberman newsru.co.il portalına müsahibəsində deyib. “Münaqişənin bu dəfəki alovlanması prezident Əliyevin ABŞ-da olduğu və Obama ilə görüşdüyü bir vaxtda baş verib. Dövlət başçısı xaricdə olanda belə qərarlar qəbul etmirlər. Bundan əlavə Azərbaycanda hazırda olduqca mürəkkəb iqtisadi vəziyyət hökm sürür. Neftin ucuzlaşması nəticəsində manat iki dəfə devalvasiyaya məruz qalıb. Bu, münaqişə üçün heç də ən münasib məqam deyil. Bundan əlavə Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə aparılan danışıqlarda Bakı özünü kifayət qədər məsuliyyətli, ölçülü-biçili aparıb”-Liberman aprelin 2-də başlayan hərbi əməlyyatlarda hansı tərəfin məsuliyyət daşıdığı barədə danışarkən bildirib. İsrail xarici işlər nazirinə ünvanlanan növbəti sual belə olub: nədən Rusiya ilə Ukrayna arasındakı münaqişədə İsrail heç kimin tərəfini tutmadığı halda Qarabağ münaqişəsində Azərbaycanın tərəfini tutmalıdır? Liberman cavab verib ki, Rusiya ilə Ukrayna arasında münaqişədə İsrail tərəf tuta bilməz, çünki orada heç də hər şey sadə və aydın deyil. “İndiki halda isə hər şey tamamilə aydındır-Azərbaycanın münaqişəni alovlandırmaq üçün səbəbi yox idi”-o vurğulayıb Geri dön |